Rusiyada ötən sutka 22 000 hektar meşə yanğını söndürülübbackend

Rusiyada ötən sutka 22 000 hektar meşə yanğını söndürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı yanğınsöndürənlər ötən sutka 22 000 hektar ərazidə meşə yanğınlarını söndürüblər.

Bu barədə Meşələrin Mühafizəsi üzrə Federal Agentlik məlumat verib.

Qeyd edilib ki, ötən sutka ərzində ümumi sahəsi 22 223 hektar ərazidə 71 meşə yanğını söndürülüb. Son saata olan məlumata görə, Federasiya ərazisində 30 770 hektar sahədə 117 aktiv meşə yanğını davam edir. Ən ağır vəziyyət Yakutiyadadır.