Rusiyada polislərə balta ilə HÜCUM EDİLDİ – VİDEObackend

Rusiyada polislərə balta ilə HÜCUM EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Armavirdə polislərə balta ilə hücum edən şəxs zərərsizləşdirilib.

İnterpress.az xəbər verir ki, Rusiyanın Armavir şəhərində hüquq-mühafizə orqanlarına qarşı silahlı müqavimət göstərilib.

Məlumata görə, bir neçə gün əvvəl Krasnodar sakini olan qadın polisə müraciət edərək tanımadığı şəxs tərəfindən xəsarət yetirildiyini bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəlinin yeri müəyyən edilib.

Saxlanılarkən həmin şəxs balta ilə polislərə hücum edərək müqavimət göstərməyə çalışıb.

Polis əməkdaşları təhlükəli şəxsi zərərsizləşdiriblər. O, barəsində qanuni qərar qəbul edilməsi üçün istintaq orqanlarına təhvil verilib.

Xuraman Etibarlı

İnterpress.az