Rusiyada taksi sürücüləri yoxa çıxacaq.
interpress.az xəbər verir ki, bu barədə Rusya KİV məlumat yayıb. Bildirilir ki, sürücülərin 75%-i sentyabrın 1-dən iş üçün yeni tələblərə cavab verməyib.
Hazırda taksilərdə 2,5 milyon insan işləyir. 1,5 milyonu özü üçün işləyən sürücülər, qalanları isə taksi şirkətləri ilə əməkdaşlıq edənlərdir.
Əksəriyyəti Moskvadan olan sürücülərin yalnız 25%-nin taksi kimi işləmək üçün rəsmi icazəsi var. Əksər taksi sürücüləri indi boz zonadadır və qanuni olmaq imkanı yoxdur.
Sentyabrın 1-dən etibarən yol polisi əməkdaşları sürücüləri yoxlamaq hüququna malik olacaqlar. Bu, sürücüləri bazarı tərk etməyə və fəaliyyət növlərini dəyişməyə sövq edəcək.
Xuraman Etibarlı
İnterpress.az