Rusiyada üç gəmi toqquşub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Nijni Novqorod vilayətinin Qorodets şəhəri yaxınlığındakı reyddə üç gəminin toqquşması ilə bağlı prokurorluq yoxlamaya başlayıb.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Həmçinin əraziyə neft məhsullarının sızmasına yol verilmədiyi bildirilib.
Hadisənin başvermə səbəbləri araşdırılır. Yoxlama Volqaboyu Nəqliyyat Prokurorluğu tərəfindən həyata keçirilir.
Xuraman Etibarlı
İnterpress.az






