Soçidə təkrar zəlzələ baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Rusiyanın Soçi şəhəri yaxınlığında növbəti zəlzələ qeydə alınıb. Məlumata görə, bu dəfə yeraltı təkanların maqnitudası 4,4-4,5 təşkil edib.
Zəlzələnin episentrinin şəhərdən 32 kilometr məsafədə yerləşdiyi bildirilir.
Hadisə nəticəsində hər hansı dağıntı və ya xəsarət alanlar barədə rəsmi məlumat daxil olmayıb.
Hazırda ərazidə vəziyyətin sabit olduğu bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






