Rusiyada zəngin işsizlər üçün vergi TƏTBİQ OLUNACAQbackend

Rusiyada zəngin işsizlər üçün vergi TƏTBİQ OLUNACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada işsizlər üçün vergi tətbiq etməyə çağırıblar.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin mütəxəssisləri evlərini kirayə verənlər, evdar qadınlar, himayədarlar və varlı valideynlərin uşaqlarından icbari tibbi sığorta fonduna ayda 2,9 min rubl (təxm. 60 man) məbləğində vəsaitin ödənilməsini tələb etməyi təklif ediblər.

Onların fikrincə, bu vətəndaşlar qeyri-rəsmi gəlir əldə edir və büdcəyə ayırmadan sosial müavinətlərdən istifadə edirlər.

İdeya mübahisələrə səbəb olub: bəziləri bunu ədalətli, bəziləri isə ayrı-seçkilik hesab edir.

Xuraman Etibarlı

İnterpress.az