Polşa Prokurorluğu rusiyalı arxeoloqu Ukraynaya vermək istəyir: Məhkəməyə müraciət edildi
İnterpress.az xəbər verir ki, Polşa Prokurorluğu rusiyalı arxeoloq Aleksandr Butyaginin Ukraynaya ekstradisiya edilməsini tələb edib.
Məlumata görə, bununla bağlı vəsatət bu gün Varşava Dairə Məhkəməsinə daxil olub.
Ermitajın əməkdaşı və tarixçi olan Butyagin ötən ilin dekabrında Polşadan keçərkən beynəlxalq axtarış orderi əsasında saxlanılıb.
Bildirilir ki, Ukrayna xüsusi xidmət orqanları alimi Krımda qazıntı işləri apardığına görə təqib edir və rəsmi Kiyev onun ekstradisiyasına nail olmağa çalışır.
Rusiya XİN rəsmisi Mariya Zaxarova isə daha əvvəl bu ittihamları “absurd” adlandıraraq Polşanın məsələni anlayacağına ümid etdiyini bildirmişdi.
Xuraman Etibarlı
İnterpress.az






