Rusiyalı müxbir Tramp-Zelenski görüşündən qovulub.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilir ki, TASS-ın müxbiri, təsdiq edilmiş media siyahısında olmamasına baxmayaraq, ABŞ və Ukrayna prezidentləri arasında brifinq keçirilən Oval kabinetə daxil ola bilib.
Ağ Evin mətbuat xidməti bundan xəbər tutan kimi rusiyalını binadan çıxarıblar.
Xuraman Etibarlı
İnterpress.az