Rusiyalı səyyah-bloqer: “Tailandda bizim qadınları əlçatan hesab edirlər” – FOTObackend

Rusiyalı səyyah-bloqer: “Tailandda bizim qadınları əlçatan hesab edirlər” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tailanda səfər edən rusiyalı bloqer-səyyah Marina Yerşova yerli əhalinin rusiyalı qadınlar haqda nə düşündüklərindən yazıb.

Səyyahın sözlərinə görə, bir tərəfdən, yerli sakinlər rus qadınlarını gözəl, filmlərdə çəkilməyə layiq əsl supermodel hesab edir, digər tərəfdən isə Rusiyadan gələn turistlərin vulqar görünməsindən hiddətlənirlər.

“Məsələn, bizim qadın turistlər çimərlik geyimində supermarketdə alış-verişə gedirlər. Belə davranışlara görə rus qadınlar burada əlçatan hesab olunurlar”, – Marina Yerşova öz bloqunda yazıb.

Bloqer əlavə edib ki, tailandlılar həmçinin rusları kobud və aqressiv hesab edirlər:

“Xüsusilə, hotel işçiləri istirahət edənlərin bəzən onlarla yüksək tonlarda, üstəlik ancaq rus dilində ünsiyyət qurmalarından şikayətlənirlər. Bundan əlavə, ruslar bu Asiya ölkəsində alkoqoliklər kimi tanınırlar”.