“Rusiyanın boğazından yapışmaq lazımdır”.
İnterpress.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib. O, Rusiyaya qarşı sanksiyaların ABŞ ilə birgə hazırlanmasından danışıb.
Le Figaro-nun yazdığı kimi, mayın 14-də Türkiyədə Barronun amerikalı senator Lindsey Graham ilə görüşü və Rusiyaya qarşı “təcavüzkar ölkənin iqtisadiyyatını birdəfəlik boğacaq” məhdudiyyətləri müzakirə etməsi planlaşdırılır.
Paketə, xüsusən, Rusiya neftinin idxalına 500% həcmində gömrük rüsumları daxil ola bilər.
“Rusiya Avropa və ABŞ-nin tətbiq etdiyi blokadadan yan keçməyin yollarını tapıb, ona görə də kranı elə bağlamaq lazımdır ki, Rusiyanın boğazından yapışsın”, – fransalı nazir bildirib.
Xuraman Etibarlı
İnterpress.az