Rusiyanın daha bir bölgəsində miqrantlara İŞ QADAĞASI: 2026-cı ildən BAŞLAYIRbackend

Rusiyanın daha bir bölgəsində miqrantlara İŞ QADAĞASI: 2026-cı ildən BAŞLAYIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Kursk vilayətində miqrantlara sərt qadağa qoyulub.

İnterpress.az xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn məlumat yayıb.

Məlumata görə, Rusiya Federasiyasının Kursk vilayətində miqrantların əmək fəaliyyətinə ciddi məhdudiyyətlər tətbiq olunub.

Qubernatorun qərarına əsasən, əcnəbi vətəndaşların ictimai iaşə (kafe, restoran), çatdırılma xidmətləri və taksi fəaliyyəti ilə məşğul olması qadağan edilib.

Bildirilir ki, yeni məhdudiyyətlər gələn ildən – 2026-cı ildən etibarən qüvvəyə minəcək.

Xuraman Etibarlı

İnterpress.az