Rusiyanın dekolonizasiyasına hazırlıq: “Azərbaycan dövləti prosesi diqqətlə izləməlidir”backend

Rusiyanın dekolonizasiyasına hazırlıq: “Azərbaycan dövləti prosesi diqqətlə izləməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın gələcəyi və xüsusən də parçalanması prosesi Azərbaycan üçün həyati əhəmiyyətli məsələdir”.

Bu sözləri ötən gün Praqada keçirilən “Rusiyanın Azad Xalqlarının Forumu”nun ikinci toplantısına münasibət bildirən politoloq Xəqani Cəfərli İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Rusiyada gedən siyasi prosesləri diqqətlə izləməli və öz mövqeyini daim qorumalıdır:

“Bu ilin iyulun 22-də başlayan forum sayca ikincidir. Forumun ilk toplantısı may ayında Polşanın paytaxtı Varşavada keçirilmişdi. Forum yeni siyasi liderləri, regional və milli hərəkatların iştirakçılarını, vətəndaş fəallarını, ekspert icmasını və Rusiya Federasiyasının qəti şəkildə dekolonizasiyasının zəruriliyini dərk edən hər kəsi bir araya gətirmək, eləcə də Rusiyanın dinc şəkildə bölünməsini təmin etməyə xidmət edir. Praqa forumunun mətbuat üçün açıqlamasında deyilir ki, Rusiya bütövlüyünü qorunub saxladığı müddətdə iqtidara hansı “liberal”ın gəlməsindən asılı olmayaraq imperiya olaraq qalacaq və yenə təcavüzkar dövlət olacaq. Bu fonda Azərbaycan dövləti və cəmiyyəti Rusiyanın dekolonizasiyası prosesini diqqətlə izləməli, Dərbəndin gələcəyi ilə bağlı aydın və qətiyyətli mövqe nümayiş etdirməlidir”.

Qeyd edək ki, forumun növbəti toplantısı Litvada, Klaypeda şəhərində keçirilməsi gözlənilir.