14 yaşlı Barnaul məktəblisinin adı “terrorçu və ekstremistlər” siyahısına salınıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Rosfinmonitoring”in rəsmi reyestrində məlumat yer alıb.
Rusiya Maliyyə Monitorinqi üzrə Federal Xidməti (“Rosfinmonitoring”) Barnaul şəhərindən olan 14 yaşlı məktəblini terrorçu və ekstremistlərin rəsmi siyahısına daxil edib.
Yeniyetmənin bu siyahıya salınmasının konkret səbəbi və ona qarşı irəli sürülən ittihamlar açıqlanmayıb.
2012-ci il təvəllüdlü məktəbli hazırda bu reyestrə daxil edilən ən gənc şəxs olaraq Rusiyada rekord vurub.
Qanunvericiliyə əsasən, bu siyahıya düşən şəxslərin bank hesabları bloklanır və maliyyə əməliyyatlarına kəskin məhdudiyyətlər tətbiq olunur.

Xuraman Etibarlı
İnterpress.az






