Rusiyanın hərbi sənayesinə GİZLİ DƏSTƏK: Almaniyada 5 nəfər YAXALANDIbackend

Rusiyanın hərbi sənayesinə GİZLİ DƏSTƏK: Almaniyada 5 nəfər YAXALANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada Rusiyanın müdafiə sənayesinə gizli avadanlıq göndərən şəxslər saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Almaniya Federal Prokurorluğu məlumat yayıb.

Almaniyanın Şlezviq-Qolşteyn torpağında tətbiq edilən embarqolardan yan keçərək Rusiyaya qanunsuz mallar tədarük etməkdə şübhəli bilinən beş nəfər saxlanılıb.

Məlumata görə, bu qrup konspirativ şəkildə fəaliyyət göstərərək Rusiya sənayesini, xüsusən də müdafiə sektoru müəssisələrini lazımi avadanlıqlarla təmin edib.

İstintaq materiallarına əsasən, Lübek şəhərində yerləşən bir şirkət vasitəsilə Rusiyaya təxminən 16 min tədarük təşkil olunub.

Sövdələşmələrin ümumi dəyəri ən azı 30 milyon avro (təxminən 55 200 000 manat) məbləğində qiymətləndirilir.

Saxlanılanlar arasında şirkətin icraçı direktoru olan Almaniya və Rusiya vətəndaşı, iki Almaniya vətəndaşı, həmçinin Almaniya və Ukrayna vətəndaşlığı olan bir şəxs var. Beşinci saxlanılan şəxs də Almaniya və Rusiya vətəndaşıdır.

Eyni zamanda, Almaniyanın bir neçə bölgəsində genişmiqyaslı axtarışlar aparılıb.

Prokurorluq bildirib ki, bu əməliyyatlar daha beş şübhəli şəxslə bağlı aparılan istintaq tədbirləri ilə əlaqədardır.

Xuraman Etibarlı

İnterpress.az