Rusiyanın Hindistana artan marağı: “Rusiyaya daha çox rupiy daxil olacaq”backend

Rusiyanın Hindistana artan marağı: “Rusiyaya daha çox rupiy daxil olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ticarət mübadiləsində rupiyə keçid Rusiya üçün profisit yaradır”.

Bu sözləri Rusiyanın Qərbin sərt sanksiyaları fonunda müxtəlif dövlətlərlə ticarətdə dollardan imtina etməyə çalışmasını və xüsusən də Rusiya-Hindistan iqtisadi əlaqələrini şərh edən politoloq Elxan Şahinoğlu İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu ölkələrdən biri də Hindistandır. Ancaq Rusiyanın Hindistanla ticarətində dollardan rupiyə keçidin riskləri var:

“Hindistan pulu dollara nisbətdə 10 faiz ucuzlaşıb. Rusiya Hindistana daha çox ixrac edir, bu ölkədən isə idxalı azdır. Bu o deməkdir ki, Rusiyaya daha çox rupiy daxil olacaq. Ona görə də iki ölkə arasında ticarəti balanslaşdırmaq çətindir. Buna baxmayaraq, Rusiyanın bankları Hindistan banklarında rupi ilə hesablar açıblar. Rusiya Hindistana neft satışını artırıb. Rusiya Qərb ölkələrinə neft sata bilmədiyinə görə Hindistana nefti aşağı qiymətə satır. Hindistan iqtisadi baxımdan dünyanın sürətlə inkişaf edən ölkələrindəndir. Hindistanın neftə ehtiyacı artıb. Hindistan Rusiya ilə yanaşı, Səudiyyə Ərəbistanından, İraqdan və ABŞ-dan da neft alır. Rusiya Hindistana neft satışında bu ölkələri qabaqlamağa çalışır. Bütün hallarda ticarət mübadiləsində rupiyə keçid Rusiya üçün profisit yaradır. Rusiyanın Hindistana ixracı bu ölkədən idxalı 10 dəfə üstələyir. 2021-ci ildə Rusiya ilə Hindistan arasında ticarət mübadiləsinin həcmi 13.5 milyard dollar olub. Bu il ticarət mübadiləsinin həcmi daha da artıb. Buna baxmayaraq, Dehli Rusiyanın Ukraynada apardığı işğalçı müharibədən narahatdır”.