Ola bilsin ki, yaxın günlərdə Rusiya Federasiyasının özü Ermənistanın Aİİ və KTMT-dən çıxmasına təşəbbüs göstərsin.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Qeyd olunur ki, Ermənistan hökumətinin Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini bəyənməsi və bundan sonra Rusiya Federasiyasının kəskin reaksiyası fonunda “sonuncunun səbr kasası daşıb”.
“Bunun Ermənistan üçün hansı nəticələrə gətirib çıxaracağını proqnozlaşdırmaq çətin deyil. Təsadüfi deyil ki, həmin Overçuk (Rusiya Federasiyasının Baş nazirinin müavini) Ermənistanda Aİİ ilə münasibətlərin məhdudlaşdırılacağı təqdirdə, bir tərəfdən enerji və ərzaq mallarının qiymətlərinin qalxacağını, digər tərəfdən isə Ermənistanda Aİİ ilə münasibətlərin məhdudlaşdırılacağını bildirib. Ermənistan mallarının ixracı 70-80% azalacaq”, – məqalədə qeyd olunur.
Xuraman Etibarlı
İnterpress.az