2022-ci ildən sonra Rusiyaya əməkçi miqrant axını Covid-dən əvvəlki səviyyəyə qayıda bilməyib.
interpress.az xəbər verir ki, bununla bağlı Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyası (RANEPA) araşdırma aparıb.
2023-cü ildə Rusiya əmək bazarında əcnəbi əmək miqrantlarının sayı təxminən 3,5 milyon nəfər təşkil edib ki, bu da 2019-cu illə müqayisədə təxminən 1 milyon nəfər azdır.
Rusiya Federasiyasında əcnəbi işçilərin əsas mənbələri Özbəkistan, Tacikistan və Qırğızıstandır. Miqrasiya məqsədi ilə qeydiyyata alınan bütün əcnəbilərin yarıdan çoxu (55–60%) Moskva, Sankt-Peterburq və regionlara gəlir.
Xuraman Etibarlı
İnterpress.az