Ruslar Şuşa ətrafına nə üçün gəlib?backend

Ruslar Şuşa ətrafına nə üçün gəlib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlı kontingentinin hərbçiləri Şuşa rayonu ərazisindəki erməni qəbiristanlığının ətrafını minalardan təmizləməyə başlayıblar.

Ermənistan KİV xəbərlərinə görə, Rusiya sülhməramlılarının hər gün Şuşa ətrafında kənd təsərrüfatı təyinatlı torpaqların və mal-qaranın otarılması üçün nəzərdə tutulmuş ərazilərin təmizlənməsi tapşırıqlarını yerinə yetirdiyi bildirilir.

Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Pyotr Parşikov bildirib ki, Şuşa rayonunakı erməni qəbiristanlığının 1,5 hektar ərazisi təmizlənib. Minatəmizləmə zamanı 5 partlayıcı aşkar edilib.

Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin minatəmizləmə bölmələri 2300 hektardan çox ərazini partlayıcı maddələrdən, həmçinin 683 km yolu, 2000-ə yaxın binanı təmizləyib, ümumilikdə 26000-dən çox sursat zərərsizləşdirilib. (modern.az)