Saar: Avropa Suriya ələvilərinin müdafiəsinə qalxmalıdırbackend

Saar: Avropa Suriya ələvilərinin müdafiəsinə qalxmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Suriya ələvilərinin müdafiəsinə qalxmalıdır.

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Lüksemburq baş nazirinin müavini və xarici işlər naziri Xavyer Bettelə deyib.

Saar Avropa liderlərini “müvəqqəti prezident Əl-Şaraanın rəhbərlik etdiyi yeni Suriya hökumətinin hərəkətlərini pisləməyə” çağırıb.

Onun sözlərinə görə, ölkədə ələvi və ola bilsin ki, xristian əhalisinə qarşı “qırğın” baş verir.

“Avropa Suriyada mülki ələvi və xristianların qətliamına dair öz mövqeyini yüksək səslə və aydın şəkildə bildirməlidir”, – Saar vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

.