Sabir Rüstəmxanlı: Əli Nağıyevin DTX-ya rəis təyin edilməsinin uğurlu olduğu göz qabağındadırbackend

Sabir Rüstəmxanlı: Əli Nağıyevin DTX-ya rəis təyin edilməsinin uğurlu olduğu göz qabağındadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı qeyd edib ki, general-leytenant Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin edilməsinin nə dərəcə uğurlu olduğu göz qabağındadır: “Əlbəttə, heç kəs istəməz ki, ölkəsində məmurlar bu qədər rüşvət alsın, korrupsiyaya bulaşmış olsun… Dövlət Təhlükəsizliyi Xidmətinin məsələlərə bu qədər diqqətlə yanaşması, ardıcıl əməliyyatların aparılması ümid verir ki, ölkədə neqativ halların qarşısı alınacaq. General-polkovnik Vilayət Eyvazovun da Daxili İşlər naziri vəzifəsinə təyin edilməsi uğurlu təyinatdır. Təyinatların uğurla həyata keçirilməsi ölkə üçün çox əhəmiyyətlidir. Dəyişiklik mütləq olmalıdır. Nəsillə birlikdə həm də məmur yetişməlidir”.

İnterpress.az