backend

Sabirabadda pambıq emalı sexində qurğu kişinin qolunu qopardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Dekabrın 20-də saat 04:00 radələrində Sabirabad rayonu ərazisində yerləşən pambıq emalı sexində Qürbət İsayevin iş zamanı ağır dərəcəli bədən xəsarəti alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sabirabad Rayon Prokurorluğunun yaydığı məlumatda qeyd olunub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, “MKT İK” MMC-nin Sabirabad rayonu ərazisində yerləşən pambıq emalı sexində işləyən Qürbət İsayev qeyd edilən tarixdə işlək vəziyyətdə olan mahlıc təmizləyici “Kliner” adlı qurğunun dişlərindəki pambıq tutqunluğunu aradan qaldırmaq üçün əlini həmin qurğuya daxil etmiş, həmin vaxt əynindəki pencək qurğunun dişlərinə ilişdiyi üçün qurğu onun sağ əlini dartaraq əlinin 1/3 hissəsini amputasiya edib.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda hadisənin baş vermə səbəblərinin və təfərrüatlarının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

 

 

İnterpress.az