Şabranda ata bıçaqla oğlunu yaraladıbackend

Şabranda ata bıçaqla oğlunu yaraladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Şabranda ata bıçaqla oğlunu yaraladı

Şabran rayonunda ailədaxili insident qanla bitib.

İNTERPRESS.AZ – IN  Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb.

Kənd sakini 1991-ci il təvəllüdlü Mahir Elçin oğlu Şərifov sol qolun kəsilməsi diaqnozu ilə Şabran rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Onun sözlərinə görə, ailədaxili insident zamanı atasının atdığı bıçaq onun əlini kəsib.

Ona xəstəxanada sol saidin iç tərəfinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub, yarası sarındıqdan sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.