Salyan rayonunda sahibsiz itlər şəxsi təsərrüfata hücum edərək qoyun-quzunu parçalayıb.
Hadisə Yenikənd kəndində baş verib.
Kənd sakini Nəhmədov Əli Rəhman oğluna məxsus 10 baş xırdabuynuzlu heyvan həyətyanı sahəyə məxsus yoncalıqda otlayarkən sahibsiz itlərin hücumuna məruz qalıb. İtlər 3 baş qoyunu öldürüb, 7 baş qoyunu isə yaralayıb.
Hadisə yerinə gələn Salyan rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən qoyunlara quduzluğa qarşı vaksin vurulub və digər profilaktik tədbirlər görülüb.
İnterpress.az








