Şarapova ABŞ-ın ən varlı qadınlarından biri oldubackend

Şarapova ABŞ-ın ən varlı qadınlarından biri oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı keçmiş tennisçi Mariya Şarapova “Forbes” jurnalı tərəfindən ABŞ-ın ən varlı “self-made” (öz səyilə uğur qazanan) qadınlarından biri seçilib.

İnterpress.az xəbər verir ki, idmançı siyahıda 97-ci olub.

Reytinq çərşənbə axşamı jurnalın saytında dərc edilib.

1995-ci ildən ABŞ-da yaşayan Şarapovanın sərvəti 220 milyon dollar qiymətləndirilib. Siyahıdakı digər idman nümayəndəsi isə 90-cı yeri tutan tennisçi Serena Uilyamsdır (260 milyon dollar).

Qeyd edək ki, Şarapovanın 35 yaşı var. O, peşəkar karyerasını 2020-ci ilin fevralında başa vurub.