Ermənistan Rusiyanı Türkiyə və Azərbaycana qarşı qoymaq kimi iki əsrlik strategiyasının nəticə vermədiyinə görə qəzəblidir”.
“İnterpress.az ” xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev “X” hesabında yazıb.
Diplomat bildirib ki, İrəvana yeni strategiya lazımdır, amma o da mövcud deyil:
“Ermənistan qəzəblidir və bunun səbəbi bəllidir. Görür ki, Rusiyanı Türkiyə və Azərbaycana qarşı qoymaq kimi 2 əsrlik strategiya, Azərbaycanın hesabına əraziləri genişləndirilmə planı, SSRİ/Rusiya və Qərbin diplomatik, eləcə də maliyyə yardımlarının geosiyasi dəstəyi ilə parazitlik etmək cəhdləri heç bir nəticə vermir. Yeni strategiya lazımdır, o da yoxdur”.