Səfir: “Qazaxıstan Prezidentinin Azərbaycana səfəri əməkdaşlığın inkişafına təkan verəcək”backend

Səfir: “Qazaxıstan Prezidentinin Azərbaycana səfəri əməkdaşlığın inkişafına təkan verəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu il Azərbaycana baş tutacaq səfəri ikitərəfli əməkdaşlığın inkişafına güclü təkan verəcək”.

“Report” xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Bakıda keçirilən Azərbaycan-Qazaxıstan Biznes Forumunda bildirib.

Diplomatın sözlərinə görə, səfər zamanı ölkələr arasında bir sıra ikitərəfli sənədlərin, həmçinin ikitərəfli ticarət haqqında hökumətlərarası sazişin imzalanacağı gözlənilir.