ABŞ-nin saxladığı tankerdə 17 ukraynalı dənizçi var.
İnterpress.az xəbər verir ki, Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina Birləşmiş Ştatlar tərəfindən saxlanılan gəmi barədə məlumat verib.
Məlumata görə, diplomat bildirib ki, ABŞ-nin nəzarətə götürdüyü “Marinera” (və ya “Bella 1”) tankerinin göyərtəsində 17 nəfər Ukrayna vətəndaşı olan heyət üzvü var.
Xuraman Etibarlı
İnterpress.az






