“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” yeni qanun layihəsinin yaxın zamanlarda parlamentə daxil olması planlaşdırılır.
Bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanun ən uzunömürlü qanunlardan biridir”, – o qeyd edib.
Qeyd edək ki, hazırki qanun 1993-cü il sentyabrın 3-dən qüvvədədir.