Şəhid ailəsinə ev verildi – FOTObackend

Şəhid ailəsinə ev verildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsinin şəhidi Niyazi İsgəndərovun ailəsinə üçotaqlı mənzil verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, qurumun sosial tərəfdaşlarından olan “AS Group İnvestment” MMC şirkəti artıq bu istiqamətdə dəstəyini göstərib.

Mingəçevir şəhərindəki yataqxanada yaşayan şəhid ailəsinə şirkət tərəfindən həmin şəhərdəki “Park Residence” yaşayış binasından üçotaqlı mənzil hədiyyə edilib.

Şirkətin və nazirliyin nümayəndələri şəhidin ailəsilə görüşərək onlara mənzilin sənədlərini təqdim ediblər. Yeni mənzilin tam təmiri və bütün lazımi avadanlıqlarla təchizatını da şirkət öz üzərinə götürüb.

Şəhid çavuş Niyazi İsgəndərov hələ 2016-cı il aprel döyüşlərində qəhrəmanlığı ilə fərqlənib və Vətən müharibəsi başlayan gündən də döyüşlərə qatılıb. O, oktyabrın 5-də Suqovuşanda ağır yaralanaraq şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə İsgəndərov Niyazi Şahvələd oğlu “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin ailəsinə aylıq sosial ödənişlərin təyinatı da həyata keçirilib və ailənin yaşayışı bundan sonra da diqqətdə saxlanılacaq.

 

 

İnterpress.az