Səhiyyə naziri nəvələri ilə bakteriya dolu suda ÇİMDİ – FOTObackend

Səhiyyə naziri nəvələri ilə bakteriya dolu suda ÇİMDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Səhiyyə naziri nəvələri ilə bakteriya ilə zəngin suda çimib.

İnterpress.az xəbər verir ki, ABŞ Səhiyyə naziri kiçik Robert Kennedi nəvələri ilə suyun bakteriyalarla dolu olduğu və sağlamlıq üçün təhlükəli olduğu parkda çimməyə gedib.

Nazir səfərdən fotoları sosial şəbəkədə yerləşdirib. Şərhlərdəki istifadəçilər yazıya ABŞ Milli Parklar Xidmətindən xəbərdarlıqla qeyd əlavə ediblər.

Orada bildirilir ki, bu parkda (Vaşinqtondakı Rok Krik) su bakteriyalarla doludur, sağlamlıq üçün təhlükəlidir və orada üzmək qadağandır.

Yerli media isə yazır ki, bu su anbarı üçün belə bir qadağa 50 ildən artıqdır ki, qüvvədədir.

Xuraman Etibarlı

İnterpress.az