Sentyabrdan bəri ilk dəfə dünyada koronavirusa yoluxmada azalma qeydə alınıbbackend

Sentyabrdan bəri ilk dəfə dünyada koronavirusa yoluxmada azalma qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sntyabr ayından bəri ilk dəfə dünyada koronavirusa yoluxmada azalma qeydə alınıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus bildirib.

Onun sözlərinə görə, dünyada yeni xəstələrin sayında ilk azalma keçən həftə qeydə alınıb.

Bu ciddi məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə əlaqədar Avropada yoluxma sayının azalması sayəsində mümkün olub. Ancaq dünyanın digər yerlərində yeni yoluxma və ölüm sayı artmaqdadır.

Baş direktor həmçinin, hər kəsi Yeni il bayramına məsuliyyətlə yanaşmağa çağırıb.

 

İnterpress.az