Sergey İvanov Rusiya Təhlükəsizlik Şurasından XARİC EDİLDİbackend

Sergey İvanov Rusiya Təhlükəsizlik Şurasından XARİC EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sergey İvanov Rusiya Təhlükəsizlik Şurasının tərkibindən çıxarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putinin imzaladığı müvafiq fərmanla Sergey İvanov Rusiya Federasiyası Təhlükəsizlik Şurasının tərkibindən çıxarılıb. Sənəd artıq rəsmi qaydada dərc olunub.

Qeyd edək ki, Sergey İvanov uzun illər Rusiya dövlət idarəçiliyində mühüm postlar tutub. O, müxtəlif vaxtlarda ölkənin müdafiə naziri, Baş nazirin müavini və Rusiya Prezident Administrasiyasının rəhbəri vəzifələrində çalışıb.

O, həmçinin ekologiya, ətraf mühitin mühafizəsi və nəqliyyat məsələləri üzrə Rusiya Prezidentinin xüsusi nümayəndəsi kimi fəaliyyət göstərirdi.

Xuraman Etibarlı

İnterpress.az