Sərxoş bloger məhşurluq xatirinə kirayə qaldığı evi YANDIRDI – VİDEObackend

Sərxoş bloger məhşurluq xatirinə kirayə qaldığı evi YANDIRDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərxoş bloger məhşurluq xatirinə kirayə qaldığı evi yandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyalı 25 yaşlı “mukbanq” kanalı müəllifi olan qız alkoqol və dərman preparatlarının təsiri altında kirayə qaldığı mənzili yandırıb.

O, yanğınsöndürənləri çağırmaq əvəzinə yanan əşyalarla otaqları gəzərək baş verənləri telefona çəkib. Qonşusu ilkin alovu söndürməyə çalışsa da, videolardan göründüyü kimi, qız yanğını təkrar alovlandırıb.

Nəticədə mənzil, texnika, sənədlər və şəxsi əşyalar tamamilə yanaraq külə dönüb. Ev sahibinə dəyən ziyan 3 milyon rubl (təxminən 66 236 man) qiymətləndirilir.

Bloger zərəri qarşılamaq üçün izləyicilərindən pul toplamağa başlayıb.

Xuraman Etibarlı

İnterpress.az