Səudiyyə Ərəbistanı husilərin onun tankerinə hücumu ilə bağlı xəbərləri TƏKZİB ETDİbackend

Səudiyyə Ərəbistanı husilərin onun tankerinə hücumu ilə bağlı xəbərləri TƏKZİB ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı Qırmızı dənizdə husilərin öz tankerinə hücumu ilə bağlı xəbərləri təkzib edib.

interpress.az xəbər verir ki, Səudiyyə Milli Gəmiçilik Şirkəti (Bahri) Səudiyyənin MV AMJAD tankerinin hücuma məruz qalmadığını və heç bir zədə almadığını bildirib.

Onun “tam gücü ilə işlədiyini və fasiləsiz olaraq planlaşdırılan təyinat yerinə doğru irəlilədiyini” söyləyib. Qeyd olunur ki, gəmi husilərin hücumuna məruz qalan Panama tankeri MV BLUE LAGOON I-nin yanında üzürmüş.

Qeyd edək ki, bu gün səhər saatlarında ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Husilərin Panamanın MV BLUE LAGOON I tankerinə və Səudiyyənin MV AMJAD tankerinə hücum etdiyini bildirib.

Bildirilib ki, sonuncunun tərkibində 2 milyon barel neft var.

Xuraman Etibarlı

İnterpress.az