Səudiyyə Ərəbistanının ən yaşlı sakini 142 yaşında VƏFAT ETDİbackend

Səudiyyə Ərəbistanının ən yaşlı sakini 142 yaşında VƏFAT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının ən yaşlı sakini Nasir əl-Vədai 142 yaşında vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mətbuatı məlumat yayıb.

Krallığın ən yaşlı sakini hesab edilən Nasir əl-Vadai 142 yaşında dünyasını dəyişib.

Qohumlarının bildirdiyinə görə, əl-Vadai 1884-cü ildə Dəhran əl-Cənub bölgəsində anadan olub.

O, hələ Ərəbistan yarımadasının müxtəlif regionlarının vahid dövlət – Səudiyyə Ərəbistanı Krallığı formasında birləşməsindən əvvəl dünyaya gəlib.

Nasir əl-Vadai krallığın banisi Əbdüləzizdən tutmuş indiki hökmdar Kral Salmana qədər bir neçə Səudiyyə monarxının hakimiyyəti dövründə yaşayıb və ölkənin tarixinə şahidlik edib.

Xuraman Etibarlı

İnterpress.az