Sifariş etdiyimiz yeməyin dadını ekrandan dada biləcəyik – Yaponiyalı alimdən maraqlı ixtirabackend

Sifariş etdiyimiz yeməyin dadını ekrandan dada biləcəyik – Yaponiyalı alimdən maraqlı ixtira

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyalı professor müxtəlif yeməklərin dadını televizor ekranı vasitəsi ilə öyrənməyi mümkün edən texnika yaradıb.

Homei Miyaşita adlı professor Tokionun Meydzi Universitetində çalışır.

Alimin sözlərinə görə, qurğu insanlara evlərində əyləşərək dünyanın müxtəlif restoranlarının yeməklərinin dadını dadmağa imkan verəcək.

Mütəxəssisin fikrinə görə, insanlar ekranda müxtəlif yemək növlərini seçib, sonra onların dadına baxa bilərlər.

H. Miyaşita bildirib ki, bu ixtira pandemiya zamanı, restoranlara baş çəkmək və ölkələr arasında uçuş imkanlarının məhdud olduğu bir şəraitdə faydalı ola bilər.

“Məqsəd insanların hətta evdə olarkən də dünyanın o biri tərəfindəki restoranda yeməyin dadını hiss etməyə yardım edə bilər”, – deyə alim bildirib.