Şimali İrlandiyada yaşayan həmvətənlərimizin təşəbbüsü ilə iri yanacaq şirkətlərindən olan Bangor Fuels şirkətinin 2021-ci il üçün hazırladığı masaüstü təqvimdə Azərbaycana da yer ayrılıb. Belə ki, təqvimin səhifələrindən birində Bakının simvollarından və dünyanın müasir memarlıq abidələrindən hesab olunan Heydər Əliyev Mərkəzinin binasının şəkli əks olunub.
Qeyd edək ki, Şimali İrlandiyada yaşayan soydaşlarımız davamlı olaraq Azərbaycan mədəniyyətinin tanıdılması, Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi və təbliği istiqamətində müxtəlif formatlı tədbirlər həyata keçirirlər.
İnterpress.az