Şimali Kiprdə Azərbaycan vətəndaşı qəflətən ölüb – ÖZƏLbackend

Şimali Kiprdə Azərbaycan vətəndaşı qəflətən ölüb – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Kiprdə Azərbaycan vətəndaşı qəflətən ölüb.

Bu barədə İnterpress.az özəl olaraq məlumat əldə edib.

Məlumata görə, Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Emin Orucov qonaq getdiyi dostlarının evində ürək çatışmazlığından vəfat edib.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu İnterpress.az-a açıqlamasında bildirib ki, hadisə mayın 22-də qeydə alınıb.

Onun sözlərinə görə, həmyerlimiz Şimali Kiprdə yaşayan digər soydaşlarımızın evində olarkən ürək spazmı və ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib.

“Mərhum həmyerlimiz bu gün paytaxt Lefkoşada yerləşən dövlət xəstəxanasında keçirilən tibbi ekspertizanın rəyinə uyğun olaraq, onun ürək spazmı və ürək çatışmazlığı səbəbindən vəfat etdiyi bildirilib. Mərhumun cənazəsi bu gün axşam saatlarında Şimali Kipr Türk Cümhuriyyətindən (ŞKTC) İstanbul şəhərinə, oradan isə sabah Azərbaycana gətiriləcək. Mərhumun cənasə ailəsinə təhvil veriləcək”.