Sinuar HƏMAS-ı İsraildə intihar hücumlarını bərpa etməyə çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”a ərəb kəşfiyyat rəsmiləri məlumat verib.
Haniyənin öldürülməsindən sonra bu vəzifəyə avqust ayında təyin olunan HƏMAS lideri Sinuar üzvlərə “intihar hücumlarını bərpa etməyin vaxtı çatıb” göstərişi göndərib.
“HƏMAS illərdir ki, iki yerə bölünüb: İsraildə sabitliyi pozmaq üçün mülki ölümlərin zəruri olduğuna inanan Sinuar kimi sərt xətt tərəfdarlarına və zorakılığa göz yuman, lakin Fələstin dövlətinin məqsədlərinə çatmaq üçün qrupun siyasi legitimliyini qoruyub saxlamasını istəyən yaraqlılara”, – məqalədə qeyd olunur.
İndi Sinuar HƏMAS-a daha şiddətli baxışını tətbiq edir.
Bildirilir ki, HƏMAS liderinin çağırışından bir neçə gün sonra Tel-Əvivdə terror aktı baş verib. Silahlının özü partlayış nəticəsində həlak olub, bir nəfər yaralanıb.
Bundan əlavə, HƏMAS son bir həftə ərzində İsraildə iki ayrı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Xuraman Etibarlı
İnterpress.az