“Sipark İnşaat” müflis olur: şərikləri Azərbaycandan qaçdıbackend

“Sipark İnşaat” müflis olur: şərikləri Azərbaycandan qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sipark İnşaat” şirkətinin şərikləri Azərbaycandan qaçıb.

Bu barədə İnterpress.az-a etibarlı mənbədən məlumat daxil olub.

Hazırda şirkətlə bağlı bütün məsuliyyət və digər işlər şirkətin rəhbər şəxslərindən olan Taleh Abbasov adlı şəxsin üzərində qalıb.

Məlumata görə, şirkətin şəriklərinin ölkədən qaçmasına səbəb şirkətin xeyli məbləğdə pul itkisi ilə üzləşdiyi bildirilir.

Qeyd edilir ki, hazırda maddi itkilərlə üzləşən şirkət götürdüyü milyonluq kreditləri də ödəyə bilmir.

Buna görə də şirkətin yaxın zamanda müflis elan olunduğunu açıqlayacağı gözlənilir.