Siqaret çəkən adamlar koronavirusa yoluxmur? – Həkimdən açıqlamabackend

Siqaret çəkən adamlar koronavirusa yoluxmur? – Həkimdən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər sosial şəbəkələrdə siqaret çəkən insanların koronavirusa yoluxmamasıyla bağlı müzakirələr aparılır.

İddialara görə, Çinin Uhan xəstəxanasında müayinə zamanı koronavirusa yoluxan 140 şəxsdən cəmi 2-nin siqaret çəkdiyi məlum olub. Və bununla da belə nəticəyə gəliblər ki, siqaret çəkən insanların virusa yoluxma riski çəkməyənlərdən dəfələrə aşağıdır. Bu səbəbdən insanlar düşünürlər ki, siqaret çəkənlərin yoluxma ehtimalı qat-qat aşağıdır.

Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur? Deyilənlərin elmi əsası varmı?

Terapevt Rasif Bağırov Yenisabah.az-a açıqlamasında deyilən bu fikirlərin insanların fantaziyası olduğunu söyləyib:

“Sosial şəbəkələrdə dolaşan bu fikirlərin heç bir əsası yoxdur. Xəstəlik artıq dünyada insanların həyatında aktual rol oynayır. İnsanlar bu xəstəlikdən qorunmaq və öz gələcəyini təmin emək üçün müxtəlif fikirlər söyləyirlər. İnsanlar hər gün gərgin vəziyyətdədilər. Eyni zamanda Azərbaycan vətəndaşlarının bu məsələlərlər bağlı fantaziyası güclənməyə başlayıb. Bu bizim insanlara xas olan bir şeydir”.

Həkimin sözlərinə görə, vətəndaşlar mütəxəssislərdən daha çox adi insanlara inanırlar:

“Bir də görürsən ki, bir məsələ üzərində hər hansı bir müzakirə gedir. Bu prosesdə mütəxəssis iştirak etsə də danışmağa imkan vermirlər. Və ancaq özləri danışırlar ki, bu belədi, bu elədi…

Bunun nəticəsində millət bu gün çox ağır durumdadır. Millətimizin xüsusiyyəti bundan ibarətdir. Ancaq özləri danışırlar. Ona görə də görürsən ki, mütəxəssislər qalır bir kənarda adi vətəndaş elə danışır ki, insan məətəəl qalır.

Başa düşmürlər ki, burada mütəxəssis var. Sənin səhvivi tuta bilər. Düz gəlməz, yaxşı olmaz. Bütün bunlara baxmayaraq yenə də baxırsan ki, fantaziya baş alıb, gedir. Bu söhbətlər uydurma fantaziyadan başqa bir şey deyil”.

R.Bağırov siqaret çəkən insanların yoluxma ehtimalının yüksək olduğunu qeyd edib:

“Heç bir əsası olmayan bir söhbətdir. Mənasızdır. Siqaret çəkən insanlarda əksinə o xəstəlik daha güclü inkişaf edir. Çünki siqaret çəkən insanların qanında okigenin miqdarı daha az, karbonun çox olur.  Orqanizm daha zəif olur. Yoluxma ehtimalı da yüksək olur”.