Siyavuş Novruzov: “Bəzi məmurlar qazilərin hüquqlarını təmin etmirlər”backend

Siyavuş Novruzov: “Bəzi məmurlar qazilərin hüquqlarını təmin etmirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin iclasında deputat Siyavuş Novruzov qazilərin problemlərindən danışıb.

İnterpress.az-ın məlumatına əsasən, S.Novruzov deyib ki, bəzi məmurlar isti kabinetdə oturur, amma qazilərin hüquqlarını təmin etmirlər.

“Hər həftə eşidirik ki, hansısa qazi intihar edir. Bu, hansı səbəbdən olur? Heç bilinmir də. Kimlərsə müraciət edən qazilərə deyirlər ki, sənin sənədlərin gəlməyib, kompüterdə yoxdur. Bu qazi öz problemi ilə məşğul olsun, psixoloji travmasının dərdini çəksin?” – deyə Siyavuş Novruzov əlavə edib.

Onun sözlərinə görə, aidiyyəti qurumlar qazilərin müraciətlərinə vaxtında cavab verməlidirlər.

“Hərəsi 5-6 min işçi saxlayır. Onları ayır, qazilərin problemlərini dinləsin, onların sənəd işlərinə yardım etsinlər”.