Slovakiyanın Milli Şurası (parlamenti) Baş nazir Eduard Hegerin rəhbərlik etdiyi ölkə hökumətinə etimadsızlıq səsverməsi keçirib.
Bu barədə TACR agentliyi məlumat yayıb.
Slovakiyanın ali qanunverici orqanı 150 mandata malikdir.
İclasda 102 deputatdan 78-i Nazirlər Kabinetinə etimadsızlıq səsverməsinin lehinə səs verib. 20 deputat qərara qarşı çıxıb.