Snoop Dogg-la duet oxuyan ilk rusiyalı müğənni müflis olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Amerikalı reper Snoop Dogg-la duet yazdıran ilk rusiyalı müğənni İrson Kudikova ciddi borca düşüb.
Məlumata görə, “Fabrika zvyozd”un keçmiş iştirakçısı olan İrson Kudikovanın son illərdə işləri heç də yaxşı getmir. Onun “Golden Heart” zərgərlik şirkəti, “Family Club” uşaq klubu və video prodakşnı fəaliyyətini dayandıraraq bağlanıb.
İfaçının sonuncu biznesi olan uşaq bağçasında da problemlər yaranıb. Kommunal xidmət qurumları borcları məhkəmə yolu ilə tələb edirlər.
Belə ki, 2025-ci ildə Kudikovaya məxsus “Sçastye mayo” şirkətindən elektrik və istilik enerjisi borcu üçün 685 000 rubl (təxminən 12 000 manat) tutulub.
Qeyd edək ki, sözügedən əfsanəvi duet İrsonun 2007-ci ildəki ilk solo uğurundan sonra baş tutub. Həmin vaxt o, ABŞ-yə yollanıb, orada Snoop Dogg-la tanış olub və 2008-ci ildə birgə “Replay” mahnısını ərsəyə gətirib.
Xuraman Etibarlı
İnterpress.az






