“SOCAR Turkey Enerji” və “Azertelecom” Türkiyədə birgə müəssisə yaradırbackend

“SOCAR Turkey Enerji” və “Azertelecom” Türkiyədə birgə müəssisə yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Rəqabət Qurumu “SOCAR Turkey Enerji” AŞ və “Azertelecom” MMC arasında birgə müəssisənın yaradılmasını təsdiqləyib.

Məlumata görə, yeni şirkət “Transanatolian Fiber Taf Telekomtsnikasyon Hizmetleri” AS adı altında telekommunikasiya sektorunda fəaliyyət göstərəcək.

Xatırladaq ki, “SOCAR Turkey Enerji” AŞ (SOCAR Türkiye) 2008-ci ildə “Petkim”in 51 % səhmlərinin Özəlləşdirmə İdarəsindən satın alınaraq fəaliyyyətə başladı.

Yekunlaşdığında 19,5 milyard ABŞ dollara çatacaq nəhəng layihələrini ard-arda həyata geçirən SOCAR Türkiyenin tərkibində “Petkim”, “TANAP”, “STAR NEZ”, “SOCAR Terminal”, “Petkim RES”, “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “SOCAR Enerji Ticaret”, “Millenicom”, “SOCAR Ticarət” ve “SOCAR Depolama” kimi sektorunda lider şirkətlər var.