Soçidə diqqət çəkən məqam: əvvəl və sonrakı Paşinyan – nə baş verdi? – FOTOLARbackend

Soçidə diqqət çəkən məqam: əvvəl və sonrakı Paşinyan – nə baş verdi? – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın Soçidəki görüşü bitib. Bu dəfə bir qədər fərqli formatda baş tutan görüş rəsmi bəyənatla yekunlaşıb.

Görüşə qıcıqlı, əsəbi gələn Paşinyan mətbuata bəyanat zamanı əzik və itirilmiş görünürdü. Ermənistan baş nazirinin görüşdən öncə və sonra dedikləri sanki iki fərqli insana məxsus idi.

Əvvəlki çıxışı: “Mən Azərbaycan Prezidentinin bu fikri ilə razılaşmıram ki, kommunikasiyaların bərpasından başqa bütün faktiki olaraq bəndlər yerinə yetirilib. Bilirsiniz ki, biz bu məsələni sizinlə dəfələrlə həm əyani şəkildə, həm də telefonla müzakirə etmişik ki, girovlar və digər saxlanılan şəxslər, hərbi əsirlər problemi də var”.

279133

Sonrakı çıxışı: “Qeyd etmək istəyirəm, bu çox pozitivdir ki, bir çox məsələlərdə biz mövqeyimizi dəqiqləşdirdik. Aydın oldu ki, bəzi məsələlərdə bizim əvvəl olduğu kimi görünən heç bir fikir ayrılığımız mövcud deyil”.

279132

Turkustan.az Ölkə.Az-a istinadən bildirir ki, inadkar Paşinyanın ram edilməsi, görünür, o qədər uğurlu idi ki, baş nazir həm demarkasiya, həm delimitasiya prosesi ilə bağlı, həm də nəqliyyat-kommunikasiyaların açılması məsələsində rəsmi Bakı ilə ortaq mövqedən çıxış etdiyini bildirdi.

Sitat: “Mən demək istəyirəm ki, bizə həqiqətən məlum oldu ki, regionda bütün nəqliyyat və kommunikasiyaların açılması məsələsində bu kommunikasiyaların necə işləyəcəyi ilə bağlı bizim ortaq təsəvvürlərimiz var. Delimitasiya və demarkasiyaya start verilməsi mövzusu yeni deyil. Biz bu mövzunu müzakirə etmişik”.

Burada Rusiya Prezidentinin rəsmi İrəvanın qulağı üçün xoş olmayan nəqliyyat dəhlizinin açılması məsələsinin vurğulamasını xatırlatmaq yerinə düşər. Ermənistanın hökumət başçısı bunu açıq şəkildə dilə gətirməsə də, söhbətin hansı dəhlizdən getdiyi bəllidir.

Diqqət çəkən bir məqam da var idi, baş nazir çox unutqan idi. Hər çıxışında mütləq ATƏT-in Misk qrupunun adını çəkən Paşinyan mətbuata bəyanat zamanı sanki təəşkilat barədə unutmuşdu. Bəyanat zamanı yaddan çıxardığı bir məsələ oldu. Ermənistanın daxili gündəmini artıq aylardır zəbt etmiş “əsir” adlandırılan şəxslər məsələsi.

Ümumiyyətlə, kurort şəhərinin havası Ermənistanın hökumət başçısına güclü təsir göstərdi. Paşinyan Soçinin gözəlliyinə artıq mövcud olmayan Dağlıq Qarabağın statusu barədə söhbətlərlə pozmaq istəmədi.

Bütün bunların rəsmi Bakının növbəti qələbəsi olduğunu demək, kifayət etməz. Yüz dəfə eşitməkdənsə, bir dəfə görümək lazımdır. Paşinyanın görünüşü min sözə dəyər.

279130