Solovyov kosmosdakı “Starlink” peyklərinə nüvə zərbəsi endirməyi təklif edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyalı təbliğatcı Vladimir Solovyov növbəti dəfə qalmaqallı çağırışı ilə diqqət mərkəzinə düşüb.
O, İlon Maskın sahibi olduğu “Starlink” peyk şəbəkəsinə qarşı kosmosda nüvə silahından istifadə edilməsini təklif edib.
Solovyov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin rabitə təminatında mühüm rol oynayan sözügedən peyklər Rusiya üçün ciddi təhlükə yaradır.
Onun fikrincə, bu infrastrukturun sıradan çıxarılması üçün kosmosdakı hədəflərə qarşı nüvə zərbəsi endirilməsi məsələsi nəzərdən keçirilməlidir.
Aparıcının bu çıxışı həm sosial şəbəkələrdə, həm də beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az






