Somali sahillərində pirat hücumlarının sayı 13 ilin ən yüksək həddinə çatıb.
İnterpress.az xəbər verir ki, bu barədə AFP BMT-nin Beynəlxalq Dənizçilik Təşkilatının məlumatlarına istinadən yazıb.
2026-cı ilin əvvəlindən Somali sahillərində ən azı 15 pirat hücumu qeydə alınıb. Bu, son 13 ilin ən yüksək göstəricisidir.
Ən böyük hücum aprelin 21-də baş verib. Həmin vaxt 30 pirat “Honour 25” neft tankerinə hücum edib.
Məlumata görə, gəmi hələ də piratların nəzarətindədir.
Xuraman Etibarlı
İnterpress.az






