Son bir ildə İranda 697 nəfər edam edilibbackend

Son bir ildə İranda 697 nəfər edam edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran hakimiyyəti son bir ildə 697 nəfəri edam edib”.

“İnterpress.az” “İran International”a istinadən xəbər verir ki, bu barədə İranın Hüquq Müdafiə Təşkilatının hesabatında bildirilib.

Məlumata görə, 2022-ci il sentyabrın 1-dən indiyə qədər 697 nəfər edam olunub: “Bu da əvvəlki illə müqayisədə 36 faiz çoxdur”.

Hesabatda qeyd edilib ki, 2022-ci ilin sentyabrından başlayan etiraz aksiyalarında iştirak etmiş 7 nəfər edam olunub, daha 10 etirazçı barəsində bu hökm çıxarılıb: “82 nəfər haqqında isə ölüm hökmünün çıxarılacağı gözlənilir”.