SON DƏQİQƏ:  Aktivist Ramin Hacılı həbs edilibbackend

SON DƏQİQƏ:  Aktivist Ramin Hacılı həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Aktivist Ramin Hacılı həbs edilib. R.Hacılı Almaniyadan deportasiya olunan Azərbaycan vətəndaşlarının ifadəsi əsasında saxlanılıb. O, dələduzluq maddəsinin bir neçə bəndi ilə ittiham edilir.

Ramin Hacılı Baş Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Hacılı 2018-ci ildə sərhədi qanunsuz keçərək Gürcüstana getmək istəyərkən həbs edilmişdi, 2019-cu ildə azadlığa buraxılıb.